VENT şirkəti 2005-ci ildən təsis edilmiş və Azərbaycanda havalandırma kanallarının istehsalı və quraşdırılması ilə məşqul olan və bu sahədə xidmət göstərən ilk müəssisələrdəndir.
Fəaliyyətini mexaniki avadanlıqlarla başlayan şirkət , sonradan tam avtomatik istehsal üsüla keçidi təmin etmiş və hazırda ən müasir makinalardan istifadə etməklə fabrikimizin emalatlarının keyfiyyətinin və emal gücünün yüksəlməsinə nail olmuşdur. Günlük 800m² dördkünc, 700m² yuvarlaq kanal istehsal etmək gücünə malik olan fabrikimiz istehsal prossesində yalnız yüksək tələblərə cavab verən Türkiyə istehsalı olan sinklənmiş vərəqələr, kanal birləşmə aksessuarları və izolyasıya materiallarından istifadə edir.
Fabrikimiz beynəlxalq standartlara uyqun təchiz edilmlş avadanlıqlarla istehsalat silsiləsini tam olaraq həyata keçirir. Peşəkar əməkdaşlarımız konstruktor-layihələndirmə mərhələsindən başlayaraq hazır texnoloji məhsulun montajına qədər, yəni isitmə, soyutma və havalandırma prossesini bütövlükdə əhatə edən xidməti (fəaliyyəti) təmin edirlər.
VENT-in əsas prinsipi istehsal zamanı dünya təcrübəsinin, öncül texnoloqiyaların və peşəkar biliklərin kompleks şəklində istifadə edilməsidir. Bu məqsədlə VENT inovativ metodların tətbiqini özünün strateji inkşaf xətti kimi qəbul edir.
Ötən illər ərzində VENT bir sıra böyuk layihələrin iştirakçısı kimi istehlakçının individual tələblərini maksimum dərəcədə nəzərə almaqla üzərinə düşən işləri yüksək keyfiyyətlə müvafiq müddətlər ərzində təhfil vermiş, bununla da etibarlı partnyor olduğunu təsdiq etmişdir .
PRİNSİPLƏRİMİZ:
- Yüksək keyfiyyətlə optimal qiymətlər arasında balansın saxlanılması ;
- ekoloji təmiz istehsala nail olmaqla ətraf mühitin zərərli təsirlərdən qorunması ;
- istehsal, montaj prossesində və quraşdırılan havalandırma sisteminin çalışmasında təhlükəsizlik tələblərinin təmin edilməsi ;
- istehlakçi və partnyorlarımızla mütəmadi əlaqə saxlmaqla alınan təklif və rəylərin təhlili nəticəsində istehsal prossesinin və məmulatların modernləşdirilməsi
VƏZİFƏMİZ:
VENT olaraq yüksək keyfiyyətdə, geniş çeşiddə məhsulların istehsalı üçün maksimal dərəcədə effektiv şəraitin yaradılması və şirkətimizin peşəkar mütəxəssisləri tərəfindən, sifarişçinin bütün tələblərini nəzərə almaq şərtilə, müasir stantartlara müvafiq, yüksək keyfiyyətə tam zəmanət verərək və qısa müddətdə müştəriyə xidmətin göstərilməsidir.
HƏDƏFİMİZ:
Havalandırma sistemləri sahənində texnoloqiyanin yeni nailiyyətlərindən , metodlarından və müasir avadanlıqlardan istifadə edərək şirkətimizin inkşafının sürətləndirilməsini, işgüzar əlaqələrin genişləndirilməsini və nəticə etibarı ilə ölkədə bu sektorda fəaliyyət göstərən qabaqcıl şirkətlər sırasına çixmasını təmin etməkdir.
STRATEGİYAMIZ:
Azərbaycanın davamlı və dinamik sosial-iqtisadi inkişafı, sahibkarlıq sektorunda islahatların həyata keçirilməsi və dünya sənaye sisteminə inteqrasiyası sahəsində əldə olunmuş nailiyyətlərində tövhəmizin olması və müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında iştirak etməkdir.