Haqqımızda

BİZ KİMİK

VENT MMC 2005-ci ildə yaradılıb və ventilyasiya kanallarının istehsalı və quraşdırılması və sonrakı texniki xidmətin təmin edilməsi sahəsində Azərbaycanın qabaqcıl şirkətlərindən biri olub. Fəaliyyətə başladığı ilk günlərdə mexaniki avadanlıqlardan istifadə edən şirkət sonda tam avtomatlaşdırılmış istehsala keçdi və bu, ən müasir avadanlıqların istifadəsi sayəsində hazır məhsulun keyfiyyətini artırdı. 4000 m² istehsalat sahəsindədə xidmət göstərən fabrikimiz yalnız Türkiyə istehsalı olan yüksək keyfiyyətli sinklənmiş saclar, birləşdirici aksesuarları və izolyasiya materiallarından istifadə edir.   

Beynəlxalq standartlara uyğun təchizat sayəsində fabrikimiz tam istehsal dövrü ilə öyünür. Peşəkar heyətimiz layihənin tərtibindən tutmuş hazır məhsulun quraşdırılmasına qədər bütün prosesə nəzarət edir, yəni isitmə, soyutma və ventilyasiya kimi tam prosesi həyata keçirir.  

VENT-in əsas prinsipi beynəlxalq təcrübənin, qabaqcıl texnologiyanın və peşəkar biliklərin istehsal prosesində hərtərəfli tətbiqidir. Bu məqsədlə VENT innovativ metodlardan istifadəni özünün strateji inkişaf kursu hesab edir. Ötən illərdə bir sıra irimiqyaslı layihələrdə iştirak edən VENT müştərilərinin ehtiyaclarını maksimum dərəcədə nəzərə almağa, layihələrin bir hissəsini vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə can atmışdır. Beləliklə, biz etibarlı tərəfdaş kimi özümüzü sübut etmişik.  

MİSSİYAMIZ VƏ DƏYƏRLƏR

Müasir innovasiyalardan yararlanmaqla daima bir addım öndə olmaq,reputasiyamız, biznes nəticələrimiz və cəmiyyətə verdiyimiz töhfə ilə nümunə göstəririk. Yaradıcılığımızla müştərilərimizin gözləntilərini üstələyirik. Biz buna fədakar əməkdaşlarımız,iş etikası və səmərəli iş anlayışı ilə nail oluruq. Missiyamıza uyğun hərəkət etmək üçün VENT-in dəyərlərini aşağıdakı kimi müəyyənləşdiririk:

Mükəmməlliyi hədəfləmək ücün, işimizi ən yaxşı şəkildə yerinə yetirməyə imkan verəcək insan resurslarımız, texniki bilik və avadanlıqlarımızdan maximum professional istifadə etmək

Qlobal qəbul edilmiş ən yaxşı təcrübə və təşəbbüslərlə rəqabət qabiliyyətimizi artırmaq

Tətbiqlərimizlə nümunə göstəririk, işimizlə fərqlənirik, yüksək uğuru hədəfləyirik və ona nail oluruq

Nəticə yönümlü işləyirik. Məqsədlərimizi yüksək tuturuq və işimizi yerinə yetirərkən son məqsədimizi nəzərə alırıq.

Müasir və çiçəklənən Azərbaycanın iqtisadiyyatında daima böyük mənzərəni görürük, məsuliyyət götürürük və nəticəyə gedən yolda yüksək motivasiya ilə işləyirik.

Şirkətimizin strategiyasını və istiqamətini bilirik və hər bir qərarda, atdığımız hər addımda bunu nəzərə alırıq.

YENİLİKÇİ VƏ YARADICIYIQ

Zamanın tələblərinə əməl edir, yeni ideya, təşəbbüsləri dəstəkləyirik və problemləri həll etməkdən həzz alırıq.Səhv etməkdən qorxmuruq, səhvlərdən öyrənirik. İnkişaf etmək üçün yorulmadan çalışırıq.

DAVAMLI İNKİŞAFI DƏSTƏKLƏYİRİK

Öyrənən və inkişaf edən biznes mədəniyyəti ilə işləyirik. Davamlı inkişaf, yüksək performansla görünən töhfələr yaratmaq işçilərimizi fərqləndirir, təkmilləşdirmə üçün rəy verir və açıq şəkildə tənqid edirik.

MÜŞTƏRİLƏRİ MƏMNUNİYYƏTİ

Biz müştərimizin uğuru üçün çalışırıq. Müştəri bizim əsas diqqətimizdir.Biz atdığımız hər bir qərar və addımla özümüzü VENT-in siması hesab edirik. Biznesimizə və müştərilərimizə töhfə vermək şüuru ilə işləyirik. Qarşılıqlı dəyər yaradan müştəri loyallığına uzunmüddətli öhdəlik götürüb yaxın əlaqələr ilə təmin edirik. Müştəri əlaqələrimiz çeviklik, etibarlılıq, sürət və həll tərəfdaşlığına əsaslanır. Keyfiyyətli məhsul və xidmətlərimizlə müştərilərimiz üçün dəyər yaradırıq. Hər bir fəaliyyət istiqamətimizdə müştərilərimizə fərq yaradan ən yüksək keyfiyyətli məhsul və xidmətləri təklif edirik, bir addım öndə olmağa çalışırıq. Müştərilərin kritik tələb və gözləntilərinin nə olduğunu başa düşür, məhsullarımızı,xidmətlərimizi və lazım gəldikdə iş üsulumuzu buna uyğun tərtib edirik. Dəyişən müştəri ehtiyaclarını təxmin edirik və proaktiv yanaşma ilə həlli tez tapmağa çalışırıq. Bizim prioritetlərimiz müştərilərimizin prioritetləri ilə müəyyən edilir. Təşəbbüs, məsuliyyət götürürük və effektiv fərdi liderlik nümayiş etdiririk Hansı təşkilat səviyyəsində işləməyimizdən asılı olmayaraq, cavabdeh olduğumuz işə rəhbərliyi öz öhdəmizə götürürük, Biz öz biznesimizin sahibiyik. Həm özümüzü, həm də ətrafımızı, ümumi məqsəd və vəzifələrimizi inkişaf etdirir və həvəsləndiririk.Nə etdiyimizi daim sorğu-sual edərək dəyişikliyə başlayırıq və idarə edirik.

ETİBARLIGIMIZ

Açıq və dürüst əlaqələr qururuq. İşçilərimiz, müştərilərimiz, təchizatçılarımız, səhmdarlarımız və digər biznes tərəfdaşlarımızla münasibətlərimiz şəffaflıq, davamlılıq, qarşılıqlı etimad və dürüstlük əsasında fəaliyyət göstəririk.

SÖZÜMÜZÜ YERİNƏ YETİRİRİK

Sözlərimiz, hərəkətlərimiz, davranış nümunələrimiz və qərarlarımız öz-özünə ardıcıl bir bütövlükdür. Tuta bilməyəcəyimiz vədlər vermirik və həmişə verdiyimiz vədləri və öhdəlikləri yerinə yetiririk. Hər birimiz, reputasiyamızı qorumaq və artırmaq şüuru ilə hərəkət edirik. Məhsul və ya xidmətlərimizdən istifadə edən Müştərilərimiz VENT ilə iş gördükləri üçün heç bir problem yaşamayacağına əmindirlər.

ƏDALƏTLİ RƏQABƏT

Bütün münasibətlərimizdə etik qaydalar və qanunlar çərçivəsində ədalətli və qarşılıqlı fayda məqsədi ilə, xoşməramlılıq və anlaşma prinsipi ilə hərəkət edirik.Olduğumuz sektorların və iş dünyasının inkişafına çalışırıq.



İstehsalat müəssisəsi Bakı şəhərində yerləşən Vent şirkəti sifariş əsasında işləyir. İstehsalat Obyektimizdə 6 metrə qədər kanal istehsalı aparılır.

Kataloq

Veb Kataloqumuzu araşdırmısınız?

Kampanyalardan Xəbərdar Ol

Mob: +99450 541 22 22
Tel: +99412 444 22 22

Təklif və kəşf üçün zəng edin.
2023 Vent © Bütün hüquqlar qorunur.